Fələstinlilərin prezidenti Yasir Ərafat və baş nazir Əhməd Qureya Fələstinin təhlükəsizlik qüvvələrinə kimin nəzarət edəcəyi ilə bağlı kompromis əldə edildiyindən sonra yeni kabinetin tərkibini müəyyən etmək məqsədilə Ramallah şəhərində görüş keçiriblər. Yeni təklifə əsasən təhlükəsizlik xidmətlərinə milli təhlükəsizlik şurası nəzarət edəcək. Şuranın sədri cənab Ərafat olacaq. Onun tərkibinə baş nazir Qureyanın təyin etdiyi rəsmilər daxil olacaq.