Gürcüstanın müxalif liderləri prezident Eduard Şevardnadze ilə görüş keçirməyə razılıq verimişlər. Parlamentin keçmiş spikeri Nino Burcanadze da digər müxalif nümayəndələrlə birgə prezidentlə görüşməyə razı olduğunu deyib. Müdafiə naziri David Tevzadze isə kütləvi aksiyaların nəzarətdən çıxdığı barədə xəbərdarlıq vermişdir. Nazir hərbi qüvvələrin təcili müdaxiləsini istisna etmişdir.