Accessibility links

Fələstinin yeni hökuməti təşkil edildi - 2003-11-09


Fələstinin baş naziri Əhməd Qureya yeni hökuməti təşkil etdiyini və gələn həftə təsdiq edilməsi üçün parlamentə təqdim ediləcəyini bildirib. Baş nazir Qureya yeni kabineti Fələstin lideri Yasir Ərafatla danışıqların növbəti mərhələsindən sonra təşkil edib. O, Qanunverici Şuranın başçısını edimatsızlıq səsverməsi üçün çərşənbə günü yığıncaq keçirməyə çağıracağını deyib. Məsələ təhlükəszlik xidmətinə nəzarət də daxil edilməklə, əsas nazirlərin təyinatı ilə bağlı həftələrlə davam edən mübahisələrdən sonra qaldırılmışdır. Dünən baş nazir və cənab Ərafat təhlükəszlik qüvvələrinin cənab Ərafatın başçılıq etdiyi şuranın nəzarəti altında olacağı barədə razılıq əldə etmişlər.

XS
SM
MD
LG