Accessibility links

İraqın icaredici şurası son möhlətə qədər siyasi kursu müəyyənləşdirməyə söz verib - 2003-11-09


İraqın icaredici şurasının üzvü, daxili işlər naziri Hoşyar Zebari bildirib ki, şura Yeni konstitusiya layihəsini qəbul etmək üçün siyasi kursun müəyyən edilməsi məqsədilə dekabrın 15-i son möhlət qəbul edib. Bununla yanaşı cənab Zebari bildirib ki, təhlüksəziliklə bağlı vəziyyətin pisləşməsi konstitusiyanın yazılması prosesində ləngiməyə gətirib çıxara bilər. Hoşyar Zebarinin qeydləri “Vaşinqton Post” qəzetində ABŞ rəsmilərinin müvəqqəti hökumətə alternativ axtardığı haqda məlumatın verilməsindən sonraya təsadüf edir. Qəzetdə göstərilmişdi ki, ABŞ rəsmiləri icraedici şuranın İraqın gələcyilə bağlı mühüm qərarlar çıxara bilməməsindən narazıdır.

XS
SM
MD
LG