Accessibility links

Gürcüstanda siyasi gərginlik davam edir - 2003-11-10


Tbilisidə minlərlə insan etiraz nümayişlərini davam etdirdiyi bir vaxt Gürcüstan prezidenti Eduard Şevardnadze müxalifət partiyasının lideri Aslan Abaşidze ilə görüşüb. Müxalif Birlik partiyasının sədri Abaşidze bildirib ki, ölkədə qeyri-sabitlik yaratmaq istəyən qüvvələrə qarşı Eduard Şevardnadzeyə dəstək verməyə hazırdır. Müxalifətin digər pratiyaları isə cənab Şevardnadze seçkilərin nəticələrini ləğv etməyənə qədər küçə nümayişlərini davam etdirəcəklərini bildiriblər. Bazar günü Gürcüstan prezidentinin müxalifət lidelərilə görüşündə siyasi qarşıdurmaya son qoymaq üçün razılığın əldə olunması baş tutmayıb.

XS
SM
MD
LG