Accessibility links

ABŞ elçisi Şimali Koreyanın nüvə böhranı ətrafında danışıqlara nikbin baxır  - 2003-11-10


Birləşmiş Ştatların Asiya üzrə xüsusi nümayəndəsi, Dövlət katibinin müavini Ceyms Kelli Şimali Koreyanın nüvə böhranı ilə əlaqədar çoxtərəfli danışıqların davam etdirilməsi üçün şəraitin yaxşı olduğunu bildirib. Onun dediyinə görə, danışıqlar dekabr ayında davam etdirilə bilər. Bununla belə, Amerika diplomatı tərəflərin detallar üzərində işi davam etdirməli olduqlarını əlavə edib. Bu həftə Çinin vitse prezidenti Cənubi Koreya və Yaponiya ilə danışıqlara hazırlıq məsələsini müzakirə edib.

XS
SM
MD
LG