Accessibility links

Əl-Qaidənin İraqda fəaliyyətinə dair əsaslı dəlil tapılmadı - 2003-11-11


Birləşmiş Ştatlar ordusunun general-leytenantı Rikardo Sançes bildirib ki, ABŞ hərbi qüvvələri Əl-Qaidə terror təşkilatının İraqda fəaliyyət götərməsinə dair əsaslı dəlil tapmayıblar. General-leytenant Sançes bildirib ki, Üsəma Bin Ladenin terror şəbəkəsinin üzvü olub-olmadığını müəyyən etmək üçün hərbi qüvvələr iyirmidən çox adamı saxlayıb sorğuya tutublar. Lakin generalın sözlərinə görə, onların əl-Qaidə ilə əlaqəsi olduğuna dair əsaslı dəlil əldə edilməyib. “Biz əl-Qaidə üzvü olmaqda şübhələnilən 20-dən çox şəxsi saxlamışdıq. Lakin əldə olan informasiyanı dəqiqləşdirəndən və şübhələnilənləri dindirdikdən sonra onların həqiqətən də Əl-Qaidə üzvü olduğu qənaətinə gələ bilmədik.” Birləşmiş Ştatların rəsmiləri koalisiya qüvvələrinə qarşı müqəddəs müharibə adı ilə xarici ölkələrdən yüzlərlə müsəlman yaraqlısının İraqa daxil olduğunu bildirirlər. Lakin hələlik onların İraqda son həftələr baş verən zorakılqılarda hansı rol oynadığı aydın deyil.

XS
SM
MD
LG