Accessibility links

Bağdadda ABŞ hərbi qərargahı yaxınlığında partlayış baş verib  - 2003-11-11


Bağdadda silsilə partlayışların baş verdiyi deyilir. Birləşmiş Ştatların başçılığı ilə koalisiyanın qərargahı üzərindən səmaya tüstü qalxdığı haqda xəbərlər gəlir. ABŞ hərbi qüvvələrinin rəsmiləri partlayışları tədqiq edirlər. Şahidlərin dediyinə görə, belə görünür, atəş qısa qülləli topdan açılıb. Bundan əvvəl, Bəsrədə və Bağdadda bomba partlayışları baş vermişdir. Bəsrə yaxınlığında Britaniya hərbi qüvvələrinin istifadə etdiyi yolun kənarında yerləşdirilmiş bomba partlayışı nəticəsində azı bir iraqlı mülki vətəndaş həlak olub.

XS
SM
MD
LG