Farmakologiya şirkəti Fayzer korluğa səbəb olan traxoma infeksiyası ilə mübarizə məqsədi ilə yeni dərman istehsal edib, 2020-ci ilədək xəstəliyin tamamilə aradan qaldırılacağını elan edib. Bu olduqca yoluxucu xəstəliyə hazırda 150 milyon insan dücar olub. Traxomanın simptomları göz qapaqlarının şişməsi, gözün buynuz təbəqəsinin sürtülməsi, ağrı, yaş axması və nəhayət, korluqdur. Qadınlarda bu xəstəlik kişilərlə müqayisədə 3 dəfə artıq qeydə alınıb. Xəstəliyin ən çox yayıldığı bölgələr isə Afrika, Asiya və Yaxın Şərqin yoxsul regionlarıdır. Dünya əhalisinin 10 faizi xəstəliyə yoluxma riski qarşısındadır. Traxoma səbəbi ilə artıq 6 milyon insan kordur.Traxomanın müalicəsində Zitromaks adlı antibiotiklərdən istifadə edilir. Son 5 il ərzində Fayzer farmakologoya şirükəti bu dərmanın 8 milyon dozasını xeyriyyəçiliyə verib. Gələn 5 il ərzində şirkət dərmanın 135 milyon dozasını insanların müalicəsinə bağışlamağı planlaşdırır. Lakin yadda saxlamaq lazımdır ki, Zitromaks ən zəruri vəsait olsa da, bu, müalicənın yalnız bir hissəsidir. Cərrahiyyə əməliyyatı digər mübarizə üsuludur. Üzün tez-tez yuyulması, sanitariya şərtlərinə əməl edilməsi, suyun təmizliyi və sosial-iqtisadi inkişaf də buna nisbətən yardım edə bilər. Tibb ekspertləri gələn 17 il ərzində xəstəliyin ümumiyyətlə kökünün kəsiləcəyinə ümid bəsləyirlər. Bu xəstəliklə mübazirədə ən uğurlu ölkə Mərakeş olmuşdur. 1999-cu ildən etibarən Mərakeşdə uşalqar arasında traxoma xəstəliyi halları 90 faiz aradan qaldırılmış və 2005-ci ildə bu ölkədə artıq belə bir xəstəliyin mövcud olmayacağı təxmin edilir.