Accessibility links

Buş: İraqlılar ölkəni özləri idarə etməlidir - 2003-11-13


Prezident Buş iraqlıların öz ölkələrinin idarə edilməsində daha geniş rol oynamalı olduqlarını bildirərək ABŞ-ın İraqdakı administratoruna göstəriş verib ki, bu prosessi sürətləndirmək üçün ölkənin o, İcraedici Şurası ilə müəyyən bir razılıq əldə edilməsini təmin etsin. Paul Bremerlə ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılmasının sürətləndirilməsinə dair iki günlük danışıqlarından sonra cənab Bush Paul Bremerin İraqda missiyasının məqsədini ifadə edib. “Biz istəyirik ki, iraqlılar öz ölkələrinin idarə edilməsində daha fəal olsunlar. Bununla belə, səfir Bremer mənim göstərişimlə bu strategiyanı işləyib-hazırlamaq məqsədi ilə İcraedici Şura ilə danışıqlar aparmağa gedir.” Mümkün olan bir plana əsasən, iraqlılar 6 ay ərzində müvəqqəti hökümətin seçməsilidirlər. Plana görə, həmin hökümət yeni konstitusiyanı işləyib-hazırlayacaq və onun daha sonra keçiriləcək ümumi seçkilərə qədər geniş səlahiyyətləri olacaq. Bununla administrasiya BMT-də iki ay əvvəl nümayiş etdirdiyi mövqeyini dəyişmişdir. İki ay öncə, yüksək vəzifəli rəsmilər bildirmişdilər ki, yeni konstitusiya olmadan, seçkilər keçirilməyəcək. Ağ Evdə müxbirlərlə görüşündə prezident Bush habelə qeyd etmişdir ki, koalisiya qüvvələri İraqda zorakılığın davam etməsi və 400-ə yaxın Amerika əsgərinin ölümünə görə məsluiyyət daşıyan şəxsləri məhv edəcək.

XS
SM
MD
LG