Accessibility links

Buş etiraz nümayişlərinə görə narahat deyil  - 2003-11-14


Gələn həftə prezident Buş Britaniyaya səfər edəcək. Səfərin müharibə əleyhinə güclü etiraz nümayişlərilə müşayət olacağı gözlənilir. Ağ Evdə jurnalistlərə müsahibələr verən ABŞ prezidenti bu nümayişlərə görə narahat olmadığını bildirib. Prezident Buş Britaniyada müharibə əleyhinə güclü əhval-ruhiyyənin mövcud olduğunu bildiyini deyir. Rəy sorğuları əhalinin 60 faizinin prezidentin İraq müharibəsini aparmasından razı olmadığını göstərir. Prezident müsahibədə demişdir: ”Mən müharibəni sevməyən insanları başa düşürəm...Mən özüm də müharibəni sevmirəm. Müharibə prezidentin birinci deyil, ən sonuncu seçimidir.” ABŞ prezidentinin dediyinə görə, İraq müharibəsi sonsuz diplomatik yolların müzakirəsindən sonra başlamışdır. Britaniya televiziyasına müsahibədə prezident Buş qeyd etmişdir ki, baş nazir Toni Bleyerlə birlikdə İraqda koalisiya qüvvələrinə qarşı hücumları davam etdirən terrorçuların və Səddam Hüseynə sadiq qüvvələrin dəf edilməsi işində qərarlıdır. “Biz tərəqqi əldə edirik. Demək olmaz ki, bu, ağır iş deyil, bu, çox ağır bir işdir. Onların istədiyi odur ki, azad dünyanın inamını sarsıtsınlar. Toni Bleyer kimi bir partnoyurun olmasının yaxşı tərəfi odur ki, onun, nə də mənim iradəmi sarsıtmaq olmaz.” Britaniyanın Müharibəni dayandırın koalisiyası prezident Buşun dörd günlük səfəri zamanı on minlərlə adamın eitraz nümayişinə çıxacağını gözləyir. London polisi Kraliça Yelizavetanın qonağı kimi Bukunqem sarayında qalacaq prezident Buşun təhlükəsizliyinin təmin olunması üçün nəzarəti gücləndirəcək. Prezident Buş Birləşmiş Ştatların hərbi qüvvələrinin iş sona çatana qədər İraqda və Əfqanıstanda qalacağını deyir. Onun dediyi kimi, bu, İraqın keçmiş prezidenti Səddam Hüseyn və Əl-Qaidə ldieri Üsəma Bin Ladenin tapılması, habelə hər iki ölkədə azad və demokratik cəmiyyətin qurulmasına yardım edilməsindən ibarətdir. Bununla belə, prezident Buş İran və Şimali Koreya ilə İraqsayağı hərbi qarşıdurma perspektivini görmədiyini demişdir. O, İraq probleminin özünəməxsus bir problem olduğunu qeyd edərək bildirmişdir ki, müharibə bütün vəziyyətlərdə çıxış yolu ola bilməz. ABŞ prezidenti Britaniya, Fransa və Almaniyaya İranın beynəxalq nüvə nəzarəti prinsiplərinə riayət etməsinə söz verməklə nəticənən səylərinə görə təşəkkürünü bildirdi. Prezident Buş daha sonra dedi ki, Şimali Koreyanı nüvə silahı inkişaf etdirmək cəhdlərinə son qoymağa razı salmaq üçün Birləşmiş Ştatlar Çin, Rusiya, Cənubi Koreya və Yaponiya ilə birgə iş aparmağa davam edəcək.

XS
SM
MD
LG