Accessibility links

Tbilisidə müxalifət vətəndaş itaətsizliyinə çağırır - 2003-11-14


Tbilisidə on minlərlə insan rəsmi nümayəndələrin xəbərdarlığına baxmayaraq, parlament binasından prezident Eduard Şevardnadzenin ofisi isitqamətində yürüş keçiriblər. Gürcünsatnın daxili işlər naziri jurnalistlərə bildirib ki, polis 200-yə yaxın silahlı müxalifət nümayəndəsinin binanın qarşısında qarşıdurmaya təhrik edə biləcəyi haqda informasiyaya malikdir. Nazirin dediyinə görə, daxili işlər nazirliyinin qüvvələri hazır vəziyyətdədir və cavab verməyə hazırdır. Bu gün yürüş başlamazdan Eduard Şevardnadze televiziya vasitəsilə gürcü xalqına müraciət edərək adamları evdə qalmağa çağırmış və müxalifətin nümayişinin nəzarət altından çıxdığı halda, “pis hadisələrin” baş verə biləcəyi xəbərdarlığını etmişdir.

XS
SM
MD
LG