Accessibility links

ABŞ müdafiə naziri Seuldadır - 2003-11-16


Birləşmiş Ştatların müdafiə naziri Donald Rramsfild terrorizm, İraq və Amerika hərbi qüvvələrinin Cənubi Koreyada mövcudluğu məsələlərini müzakirə etmək üçün Seula səfər edib. Cənab Ramsfildin Cənubi Koreyanın prezidenti Roh Moo-hyun və müdafiə nazirliyinin yüksək səviyyəli rəsmilərilə müzakirələrinin əsas diqqət mərkəzində İraq məsələsinin olacağı deylir. Cümə axşamı Cənubi Koreya Birləşmiş Ştatların gözlədiyindən çox az olaraq İraqa üç mindən artıq olmayaraq hərbi qüvvə gondərməyi palnlaşdırdığını elan etmişdi. Donald Ramsfildin ABŞ hərbi qüvvələrinin Cənubi Koreyada sayının azaldılması məsələsi ətrafında iki ölkə rəsmiləri arasında müzakirələri davam etdirmək tərəfdarı olduğu görünür. ABŞ müdafiə naziri Cənubi Koreyaya Yaponiyaya üç günlük səfərindən sonra yollanmışdır.

XS
SM
MD
LG