Accessibility links

ABŞ İzzət İbrahim Əl-Duriyə axtarış elan edib - 2003-11-19


Birləşmiş Ştatlar Səddam Hüseynin keçmiş yüksək vəzifəli rəsmi şəxsi İzzət İbrahim Əl-Duri haqqında mə’lumat verənə 10 milyon dollar mükafat verəcəyini bildirib. Koalisiya qüvvələrinin rəsmiləri deyirlər ki, İzzət İbrahim Əl-Duri bu yaxınlarda Birləşmiş Ştatların qüvvələrinə qarşı həyata keçirilən hücumlara görə mə’suliyyət daşıyır. O, Səddam Hüseyndən sonra axtarışda olan ikinci şəxsdir. Çərşənbə axşamı və çərşənbə günü Amerikanın döyüş təyyarələri İzzət İbrahim Əl-Durinin evi də daxil olmaqla İraq üsyançılarının hədəflərini bombardman etmişlər.

XS
SM
MD
LG