Accessibility links

İraqda iki bomba partladılıb - 2003-11-20


İraqda iki ayrı-ayrı partlayış zamanı 6 nəfərin həlak olduğu bildirilir. Rəsmi nümayəndələrin ABŞ-ın başçılıq etdiyi koalisiya ilə əməkdaşlıq edən kürd qrupu və sünnü müsəlman liderin hədəf alındığını bildiriblər. Şahidlərin dediyinə görə intiharçılardan biri maşınını Tikrikdə Kürdüstan Vətənpərvər Birliyinin qərargahı yaxınlığında partladaraq 4 nəfərin ölümünə səbəb olub. Kürd qrupunun lideri Cəlal Talabani hazırda Amerikanın təyinatı ilə İraqın idarəedici şurasına rəhbərlik edir. Ramadi şəhərində isə maşına yerləşdirilmiş bomba partlayışı Amerika tərəfdarı sünnü liderin evi qarşısında həyata keçirilmişdir. Nəticədə onun iki qohumu həlak olmuşdur.

XS
SM
MD
LG