Accessibility links

İstambul hücumlarının arxasında kim durur? - 2003-11-23


Türkiyənin Baş Naziri Rəcəb Teyyub Ərdoğan İstanbuldakı 4 intihar hücumlarında Əl-Qaidənın əli olduğundan tam əmin olmadığını bildirib. Britaniya televiziyasına müsahibəsi zamanı baş nazir Ərdoğan deyib ki, o, keçən cümə axşamı Britaniyanın İstanbuldakı Baş konsulluğu və London bankının ofisi və bunlardan əvvəl iki yəhudi sinaqoqundakı bomba partlayışlarının arxasında Əl-Qaidə terror şəbəkəsinin durduğundan 100 faiz əmin deyil. Cənab Ərdoğan dünən intiharçıların dördünün türk olduğunu demiş, lakin onlara xarici qrupların yardım etdiyindən şübhələndiyini bildirmişdi. Türkiyənin baş naziri Ərdoğan terror hücumlarının kökünün kəsilməsində beynəlxalq ictimaiyyətin yardımına ehtiyac olduğunu demişdir. Türkiyə mətbuatı isə yazır ki, səlahiyyəli nümayəndələr bomba hücumlarının qarşısını vaxtında almamaqda günahlandırılan kəşfiyyat xidmətlərinə bəraət qazandırmağa çalışır. Qəzetlər radikal islamçıları nəzarətdə saxlamaq üçün kəşfiyyat xidmətlərilə polis arasında əməkdaşlıq olmadığını yazırlar.

XS
SM
MD
LG