Gürcüstanın Əmək partiyasının baş qərargahın yaxınlığında bomba partladılıb. Tbilisinin mərkəzində yerləşən qərargahın şüşələri sınmış, yaxınlıqdakı binalara zərər dəymiş, lakin xəsarət alan olmamışdır. Gürcüstanın hazırkı rəhbərliyinin əleyhinə olan Əmək partiyasının lideri Şalva Natelaşvili hadisədə ölkə rəhbərlərini günahlandırıb. Eduard Şevardnadze hökumətinə qarşı çıxış edən partiya Mixail Saakaşvilini də dəstəkləmir. Saakaşvili prezidentliyə namizəd 5 nəfər arasında ən nüfuzlusu hesab edilir.