Accessibility links

Israil və Fələstinin baş nazirləri zirvə görüşünə hazırlaşırlar - 2003-11-30


İsrail və Fələstinin rəsmiləri bu gün baş nazirlərin zirvə görüşünə hazırlıq məqsədi ilə görüş keçiriblər. Eyni zamanda, Birləşmiş Ştatlar Yaxın Şərqdə beynəlxalq Yol Xəritəsi sülh palnının həyata keçirilməsində təzyiq göstərmək məqsədi ilə nümayəndəsi Villiam Börnsü İsrailə göndərib. Fələstinin yüksək vəzifəli müzakirəçisi Saib Erekat İsrailin baş naziri Ariel Şaron idarəsinin başçısı Dov Vaysqlasla görüşüb. Bu danışıqların məqsədi cənab Ariel Şaronun onun Fələstinli həmkarı Əhməd Qureya ilə üzbəüz görüşünə zəmin yaratmaqdır. Cənab Qureya dünən bildirmişdir ki, cənab Şaronla görüşə müzakirələr zamanı Fələstinə güzəştə gediləcəyi təqdirdə razılıq verəcək. O, İsrailin İordan çayının qərb sahilində təhlükəszlik hasarının inşasına son qoymayınca, planlaşdırılmış hər bir sammitin təxirə salınacağı barədə xəbərdralıq da vermişdir. Fələstinin baş naziri bu sözləri Birləşmiş Ştatların dövlət katibinin yaxın Şərq üzrə müavini Vilyams Börnslə görüşmək üçün İordaniyaya yola düşməzdən əvvəl demişdir. Hal-hazırda cənab Börns beynəlxalq Yol Xəritəsi sülh planının həyata nailiyyətli tətbiqi üçün İsraildə baş nazir Şaronla danışıqlar aparır.

XS
SM
MD
LG