Accessibility links

BMT QİÇS-lə mübarizədə yeni planını açıqladı  - 2003-12-01


Birləşmiş Millətlər təşkilatı AİDS, QİÇS xəstəliyinə qarşı beynəlxalq mübarizə kampaniysaının bir hissəsi kimi 2005-ci ilə qədər 3 milyon insanın daha ucuz dərman və müalicə üsulları ilə təmin olunacağına söz verib. Planı bu gün Nayrobidə ümumdünya QİÇS günü münasibətilə keçirilən konfransda Ümumdünya Səhiyyə təşkilatı və BMT-nin AİDS agentliyi açıqlayıblar. Bu strategiyanın bir hissəsi kimi, Ümumdünya Səhiyyə təşkilatı daha ucuz və qəbul edilməsi daha asan yeni dərmanları istehsal üçün təsdiq edib. Həb şəklində olan dərman gündə iki dəfə qəbul edilməlidir. BMT-nin hesablamalarına görə, dünyada 40 milyona yaxın adam HİV virusunu gəzdirir, ya da AİDS xəstəliyinə tutulub. Bunun üçdə bir hissəsi Afrikanın səhraaltı regionunda yaşayır.

XS
SM
MD
LG