Accessibility links

Ispan hərbiçiləri dəfn edildi - 2003-12-02


İspaniyanın baş naziri Xose Maria Aznar və kral ailəsinin üzvləri bu gün Madriddə İraqda öldürülən 7 hərbiçinin dəfn mərasimində iştirak ediblər. İspan bayrağına bükülən 7 cənazə kəşfiyyat agentliyinin baş qərargahından götürülmüşdü. Mərasimdə çıxış edən ordu kapellanı onların İraqın sülh missiyası yolunda həlak olduqlarını demişdir. Xatırladaq ki, ispan hərbiçiləri şənbə günü Bağdad yaxınlığında hücuma məruz qalmışdılar. Bu gün İspaniya parlamenti qarşısında çıxış edən baş nazir Aznar İspaniya qüvvələrinin İraqda saxlanılacağını demişdir. İraqda 1300 əsgərdən ibarət İspaniya qüvvəsi yerləşdirilmişdir.

XS
SM
MD
LG