Accessibility links

Litva prezidenti istefaya getməyəcəyini dedi  - 2003-12-02


Litva qanunvericiləri prezidentin impiçmenti prosesinə başlayıb-başlamamağı müzakirə etdikləri bir vaxt prezident Rolandas Paksas istefaya getməyəcəyinə söz verib. 47 yaşlı prezident bu gün bir daha bəyan edib ki, heç bir yanlışlığa yol verməyib və ona qarşı ittihamlar siyasi motiv daşıyır. Rolandas Paksas bir neçə vaxtdır idarəsinin Rusiyada mütəşəkkil cinayətkar qruplarla əlaqəsi olduğuna dair ittihamlarla qarşılaşır. Parlament üzvləri cinayətkar qrupların prezident ofisinin işlərinə qarışdığı və ölkənin milli maraqlarına təhlükə törədtdliyi haqda bazar ertəsi günü açıqlanmış hesabatı öyrənməyə başlamışlar. Hesabatda habelə Litvanın beynəlxalq terrrorizmin maliyyə bazası olmasına dair dəlillərin də olduğu deyilir. Prezidentin impiçmenti prosesinin qaçılmaz olduğuna inanıılır.

XS
SM
MD
LG