Accessibility links

17 adamın ölümülə nəticələnən initihar hücumu ilə əlaqədar şübhəli şəxsi həbs edib  - 2003-12-03


Bu, paytaxt Riyadda noyabrın 8-i terror hücumu ilə əlaqədar ilk həbsdir. Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir ki, polis şübhələnilən şəxsi bir həftədən artıqdır gizləndiyi yerə keçirdiyi reyd nəticəsində həbs edə bilmişdir. Saxlanılanın adı hələlik açıqlanmayıb. Daxili İşlər Nazirliyi polisin şəxsin gizləndiyi yerdə yer-hava tipli raket, qumbaraatan, digər silah növləri və hərbi sürsat aşkar etdiyini bildirir. Terror hücumu ilə bağlı şübhələnilən şəxsin həbsi Birləşmiş Ştatlar və Britaniyanın Səudiyyə Ərəbistanında yaşayış binalarına mümkün hücum təhlükəsi haqda xəbərdarlığından bir gün sonraya təsadüf edir. Ər-Riyaddakı ABŞ və Britaniya səfirlikləri noyabrın 8-dən əvvəl də belə xəbərdarlıq vermişdilər.

XS
SM
MD
LG