Accessibility links

ATƏT Arifoğlunun azad edilmısinə çağırır - 2003-12-04


Avropanın mətbuat azadlığı ilə məşğul olan əsas təşkilatları oktyabr ayı prezident seçkilərindən sonra həbs edilən azərbaycanlı jurnalistin azadlığa buraxılmasını tələb edirlər. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Freymut Düve xarici işlər naziri Vilayət Quliyevə xüsusi məktub göndərərək, Rauf Arifoğlunun azad edilməsini xahiş edib. Rəsmi məktubunda cənab Düve qeyd edib ki, vəzifə borcunu yerinə yetirdiyinə görə heç bir jurnalist həbs olunmamalıdır. Rauf Arifoğlu prezident seçkilərindən sonra polis və müxalifət tərəfdarları arasında zorakı toqquşmalar təşkil etməkdə ittiham olunur. Cənab Düve Arifoğlunun səhhətinin çox pis olduğu barədə məlumatlar aldığını bildirib. ATƏT-nin təmsilçisi həbsxanada yüzlərlə digər məhbusla yanaşı aclıq aksiyasına başlayan Arifoğlunun səhhəti üçün təhlükə olduğunu da qeyd edib.

XS
SM
MD
LG