Çeçenistan yaxınlığında sərnişin qatarının partladılmasından sonra Şimali Qafqazda təhlükəsizlik tədbirləri gücləndirilib. 40 adamın ölümü, 150-sinin yaralanmsı ilə nəticələnən hadisədə Rusiya prezidenti Vladimir Putin terrorçuları günahlandırıb. Prezident Putin bu gün səhər həyata keçirilən hücumun Rusiyada hələ də terrorizmin ən böyük təhlükə olaraq qaldığını sübut etdiyini demişdir. Rusiya prezidenti terrorizmin ən qəddar və təhlükəli düşmən olduğunu və bundan günahsız insanların iztirab çəkdyini demişdir. Hökumət və regional hakimiyyətlər ziyan çəkənlərə hər cür yardım göstərəcək. Xüsusi qüvvələr və prokuratura orqanları bu cinayətin üstünün açılaması üçün qüvvələrini səfərbər etməlidirlər-deyə prezident bildirmişdir. Prezident Putin hücumçuların bazar günü keçiriləcək parlament seçkilərinə mane olma məqsədlərinə nail olmayacaqlrını demişdir. Qeyd edək ki, seçkilərdə prezidenti dəstəkləyən partiyaların qalib gələcəyi təxmin edilir. Rusiyanın Federal Təhlükəszlik Xidmətinin başçısı Nikolay Patruşevin dediyinə görə partlayış 3 qadın tərəfindən həyata keçirilib. Onlardan ikisi partlayışdan əvvəl qatarın vaqonundan tullanmış, digəri isə göründüyü kimi əməliyyata nəzarət edirdi. Lakin ağır xəsarət alan həmin qadının sağ qalacağı ehtimal edilmir. Hücumda hələ şəxsiyyəti müəyyən edilməyən ayaqlarına qurmabaralar sarımış bir kişi də iştirak edib. Onun cəsədi dağıntılar altından aşkar edilmişdi. Cənab Patruşev hücumu həyata keçirənlərdən əlavə onun təşkilatçıları və arxasında duranlarında müəyyən edilməsinin vacibliyini qeyd etmişdir. Rusiyanın üzləşdiyi ciddi partlayışlar və kamikadze hücumlarına görə çeçen separatistləri günahlandırılır. Lakin müxalif çeçen hökumətinin başçısı Aslan Məshədovun bəyanatında bu ittihamlar rədd edilir. Qeyd edək ki, Avropa Şurası hücumu hiddətdoğuran bir hadisə kimi qiymətləndirərək, bunun arxasında duran terrorçuların heç nəyə nail ola bilməyəcəyini bildirir. Rusiyanın bir neçə insan hüquqları qrupları bunu vəhşilik adlandırır.