Accessibility links

ABŞ müdafiə naziri  Gürcüstana gedib - 2003-12-05


Birləşmiş Ştatların müdafiə naziri Donald Rumsfild Rusiyaya Gürcüstandakı qoşunlarını geri çəkməsi barədə xəbərdarlıq edib. O, Gürcüstanın müvəqqəti liderləri ilə görüşmək üçün bu gün Tibilisidə olub. Gürcüstanın müvəqqəti prezidenti Nino Burcanadze deyib ki, Donald Ramfildin səfəri ABŞ-ın Gürcüstanla əlaqələrə verdiyi əhəmmiyyəti nümayiş etdirir. Xanım Bucanadze Gürcüstan rəhbərliyinin qərblə əməkdaşlığa üstünlük verdiyini deyib. O, prezidentliyə namized Mixail Saakaşvili ilə də görüşməlidir. Cənab Ramsfild keçən ay Eduard Şvadnadzenin istefasından bəri Gürcüstana səfər edən ən yüksək səviyyəli ABŞ nümayəndəsidir.

XS
SM
MD
LG