Accessibility links

ABŞ-ın dövlət katibi Yaxın Şərq sülh planının müəllifləri ilə görüşüb - 2003-12-05


Birləşmiş Ştatların dövlət katibi Kolin Pauel qeyri rəsmi Yaxın Şərq sülh planının müəlliflərini bu gün Vaşinqtonda qəbul edib. İsrail hökuməti cənab Pauel ilə Yaxın Şərq sülh planının müəllifləri arasında keçirilən görüşə etirazını bildirib. İsrail qeyri-rəsmi sülh planını İsrailin mənfətlərinə zidd plan adlandırıb. Genevrə razılığı adlanan planda Qüdsün iki hissəyə bölünməsi daxil olmaqla, Fələstin dövlətinin təşkili nəzərdə tutulur. Planın müəllifləri İsrailin keçmiş ədliyyə nazirfi Yossi Beylin və Fələstin muxtar idarəsinin keçmiş məlumat naziri Yasir Abed Rabbonun hazırladığı plan beynəlxalq ictimaiyyətin dəstəklədiyi “Yol xəritəsi” planını tamamlayır. Planda Qüdsün həm İsrail, həm də Fələstin dövlətinin paytaxtı olması təklif edilir.İsrailin baş nazirinin müavini Ehud Olmert fələstinlilərlə sülh müqaviləsi bağlanması ehtimalının mövcud olamadığını bildirərək, İsrailin sərhədlərini müəyyən etmək üçün addımlar atmalı olduğunu deyib.

XS
SM
MD
LG