Accessibility links

Qəzza Zolağında zorakılıqlar davam edir - 2003-12-06


İsrai əsgərləri Qəzza Zolağında üç fələstinlini qətlə yetirib. Onlardan birinin yeniyetmə olduğu bildirilir. İsrail ordusunun bildirdiyinə görə Qəzza şəhərinin yaxınlığında keşik çəkən İsrail əsgərləri yaxınlıqda yerlə sürünən iki şübhəli şəxsə atəş açıblar. Onların dediyinə görə cəsədlərin yanında partlayıcı maddələr aşkar edilib. Başqa bir hadisə zamanı isə İsrail əsgərləri Qəzza şəhərinin cənubunda bir fələstənli yeniyetməyə atəş açıblar. Bu zorakılıq aktları fələstinli yaraqlıların Misirdə İsrail ilə mümkün olan atəşkəsi müzakirə etdikləri vaxta təsadüf edir.

XS
SM
MD
LG