Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin bildirdiyinə görə, Mosul şəhərində atışma zamanı bir Amerika əsgəri həlak olub. Hadisənin təfərrüatları haqda məlumat verilməyib. Bu, Mosulda baş vermiş partlayış zamanı bir Amerika əsgərinin ölümü və iki əsgərin yaralanmasından bir gün sonraya təsadüf edir. Bu gün Bağdaddan şimalda yerləşən Baquba şəhərində yolun kənarında yerləşdirilmiş bombanı zərərsizləşdirməyə cəhd göstərən bir iraqlı polis nəfəri də bombanın partlaması nəicəsində həlak olub. Eyni zamanda, ABŞ hərbi qüvvələri koalisiya qüvvələrinə qarşı üsyançıların hücumlarını maliyyələşdirdiyi deyilən şəxsi həbs etmək üçün keçirilən reyd zamanı iki milyon dollara yaxın pul tapıldığını bildirir.