Accessibility links

Gürcüstanda bir şagird həlak olub - 2003-12-09


Bu gün Tbilisi məktəblərinin birində baş verən partlayış bir şagirdin ölümü, 6-nın yaralanmasına səbəb olub. Partlayış hərbi hazırlıq dərsi zamanı baş verib. Gürcüstanın daxili işlər nazirliyi dərsdə nə yə görə həqiqi qumbaradan istifadə edildiyinə izahat verə bilməyib. Bununla yanaşı, Gürcüstanın rəsmi nümayəndələri Rusiyanın Gürcüstanın Acariya vətəndaşlarının viza qanunlarının ləğvi məsələsinə müdaxilə etdiyini deyirlər. Gürcüstan prezidentliyinə namizəd Mixail Saakaşvili Rusiyanın hərəkətini qeyir-dost münasibəti kimi qiymətləndirib. Müvəqqəti parlamentin spikeri Gigi Tsereteli isə Rusiyanın Cənubi Qafqaza doğru genişlənmə niyyətində olduğunu bildirib.

XS
SM
MD
LG