Accessibility links

İraqda 30-dan artıq Amerika əsgəri yaralanıb - 2003-12-09


Birləşmiş Ştatların Bağdaddakı hərbi nümayəndələrinin bildirdiyinə görə Mosul şəhərinin şimal bölgəsində baş verən bomba partlayışı 30-dan artıq Amerika əsgərinin yaralanmasına səbəb olub. ABŞ qüvvələrinin hərbi nümayəndəsi bildirib ki, yoxlanış məntəqəsindən dayanmadan ötən partlayıcı maddələr yerləşdirilmiş maşın Mosul yaxınlığında hərbi qərargaha tərəf istiqamət almışdı. Maşın yaralılar tərəfindən atəşə tutulduqdan sonra partlayış baş vermişdi. Xəsarətə səbəb məhz partlayış zamanı ətrafa səpələnən qırıntılar olmuşdu. Yaralananların 101-ci Hərbi Hava Diviziyasının əsgərləri olduğu xəbər verilir.Bağdad yaxınlığındakı digər bir hərbi obyektdə kamikadze hücumu həyata keçirilmişdir. Qeyri-rəsmi məlumatlara görə hücumçudan başqa həlak olan yoxdur. İki əsgərin yüngül yaralandığı bildirilir. Bağdadın Hürriyyə məhəlləsindəki sünni məscidində də partlayış olub. Yaxınlıqdakı digər bir məscidin imamı Amerikanın səsinə bir neçə adamın həlak olduğu, bir neçəsinin isə yaralandığını bildirib. Partlayışın səbəbi hələ müəyyən edilməyib.

XS
SM
MD
LG