Accessibility links

Əl Qor prezident seçki kampaniyasında Hovard Dinə dəstəyini verdi - 2003-12-09


Birləşmiş Ştatların keçmiş vitse-prezidenti Əl Qor Demokrat partiyasından 2004-cü il prezident seçkilərində namizəd Hovard Dini müdaifə edəcəyini bildirib. Nyu Yorkda Harlemdə tərəfdarları qarşısında çıxış edən Əl-Qor gələn prezident seçkilərində Corc Buşu məğlub etmək üçün Hovard Dinin Demokrat partiyasının ən yaxşı namizədi olduğunu dedi. “Hovard Din həqiqətən də yeganə namizəddir ki, bütün ölkədə kütlələrə demokratiyaya və Amerikanın bizə lazım olduğu kimi, dəyişməsi və transformasiyası ideyasına səsləyə bilmişdir”. Hovard Dinə dəstək verməklə, 2000-ci ildə Ağ Ev uğrunda mübarizədə prezident Buşa məğlub olan Əl Qor üç il əvvəl birgə seçki kampaniyası apardığı Co Libermanın müdafiəsindən əl çəkmiş olur. Hazırda prezidentliyə namizədliyini irəli sürmüş Co Liberman rəs sorğularının nəticələrinə görə, Hovard Din və digər Demokrat namizədlərin arxasınca gəlir. Rəy sorğuları göstərir ki, Hovard Din Demokrat partiyasının elektoratının əsas hissəsini təşkil edən təbəqələri İraq müharibəsini tənqid etməsilə ruhlandıraraq öz partiyasından namizədlərin önündə gedir. Cənab Dinin müharibə ilə bağlı mövqeyini müdafiə etməklə keçmiş vitse prezident Əl Qor deyir ki, İraqa müdaxilə, onun sözlərilə, “fəlakətli bir səhvdir”. Öz növbəsində, Hovard Din partiyasının əsas fundamendal ideyalarına sadiq olacağını demişdir. “Bu kampaniya zamanı həmişə bizim tərəfimizdə olan insanları tanımaq çox böyük əhənmiyyət kəsb edir. Beləliklə, biz qadınlar, Afrika mənşəli amerikalılıar, Latın Amerikalı mənşəli amerikalılar, həmkarlar hərəkatı ilə işə başlamaq qərarını vermişik. Bu, Hovard Dinin Ağ Evə getməsi üçün aparılan kampaniya deyil. Bizim hamımızın Ağ Evə getməsi üçün bir kampaniyasıdır.” Nyu Yorkdan sonra Əl-Qor və Hovard Din kampaniyanı davam etdirmək üçün Ayova ştatına yollanacaqlar. Demokrat namizədlərin ilk əsas sınağı olan ştat səviyyəsində prezidentliyə namizədlərin irəli sürülməsi üçün yığıncağına isə beş həftə qalır.

XS
SM
MD
LG