Accessibility links

Gürcüstanda prezidentliyə namizədlər lazımi imzaları toplayıblar - 2003-12-12


Gürcüstan prezidentliyinə 7 namizəd seçkilərdə iştirak etmək üçün zəruri olan imzaları toplamışlar. Aparıcı namizəd Mixail Saakaşvili bu gün Gürcüstanın Mərkəzi Seçki Komissiyasına 100 mindən artıq, Gürcüstanın təhlükəszlik xidmətinin keçmiş başçısı İqor Qeorqadzenin xanımı isə 80 min imza təqdim etmişdi. İqor Qeorqadze 1995-ci ildə prezident Şevardnadzeyə qarşı hücumda günahlandırılmış və o vaxtdan bəri Rusiyada yaşayır. Xatırladaq ki, o hələ də axtarışda olanlar siyahısındadır. Digər beş namzədin də zəruri 50 min imzanı topladıqları bildirilir. Qeyd edək ki, bu gün imzaların təqdim edilməsinin möhləti başa çatdı.

XS
SM
MD
LG