Accessibility links

Kiprin türk hökumətinin baş naziri istefa verdi - 2003-12-16


Kiprin türk hökumətinin baş naziri Derviş Eroğlu yeni hökumətin yaranmasına yol açmaq məqsədilə istefa verib. Baş nazirin istefası bazar günü adanın türk hissəsində parlament seçkilərindən sonraya təsadüf edir. Seçkilər zamanı BMT-nin adanın bölünməsinə son qoymaqla bağlı planına dəstək verən partiyalardan daha çox namizədə səs verilmiş, lakin bununla belə, onlar parlamentdə əksəriyyət təşkil edə bilməmişlər. Səsvermə əslində, planla bağlı referendum kimi qiymətləndirilir. BMT-nin planına müxalif olan Kipr türklərinin lideri Rauf Denktaş iki ay ərzində yeni hökumət yaradılmasa, yeni seçkilər keçirəcəyini bəyan edib.

XS
SM
MD
LG