Accessibility links

ABŞ Üsama bin Ladenin və Molla Ömərin axtarıışını davam etdirəcək - 2003-12-17


Əfqanıstandakı Birləşmiş Ştatlar hərbi qüvvələrinin nümayəndələri terrorçuluqda məhkum edilən Üsama bin Ladenin ələ keçirilməsinin Səddam Hüseynin ələ keçirilməsindən fəqli olduğunu bildirirlər. Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın hərbi qüvvələri Əl-Qaidə terror şəbəkəsinin lideri Üsama bin Ladenin və taliban rejiminin lideri Molla Ömərin tutulması üçün əməliyyatlarını davam etdirirlər. Keçən şənbə qaçaq Səddam Hüseynin tutulmasından sonra Əfqan mətbuatı koalisiyanın hərbi qüvvələrinə bin Ladenin və Molla Ömərin tutulmasına yaxınlaşıb yaxınlaşmamaları barədə suallar verir. Birləşnmiş Ştatlar hərbi qüvvələrinin nümayəndəsi leytenant polkovnik Brayan Hilferty Üsama bin Laden və Molla Ömərin axtarışının uzun sürməsinin səbəbini izah edərkən deyir: “Üsama Bin Laden və Molla Ömər kiçik şəbəkələrdə fəaliyyət göstərirlər. Səddama gəldikdə isə o, böyük bir təşkilata başçılıq edirdi. Orada çox sayda adam onun harada olduğu haqda xəbər verə bilərdi.” Leytenant polkonik Hilferty əlavə edərək bildirib ki, son vaxtlar Əfqanıstanda görünən Üsama bin Laden və Molla Öəməri tapmaq üçün yaxşı kəşfiyyat lazımdır. Amerikanın Əfqanıstanda 10 mindən çox əsgəri var və onlar terrorçuların axtarışına daha çox diqqət yetirirlər.

XS
SM
MD
LG