İran BMT-nin nüvə agentliyinə ölkənin nüvə obyektlərinin istənilən vaxt təftişinə imkan verəcək razılığa nəhayət imza atdı. Beynəlxalq Atom Enerjisi agnetliyində İranın nümayəndəsi Əli Əkbər Salehi agentliyin başçısı Məhəmməd ƏlBaradeilə razılığı Vyanada imzalayıb. Cənab ƏlBaradei protokolun İranın atom enerjisi proqramının yalnız dinc məqsədlə inkişaf etdiridiyinə beynəlxalq inamın yaradılması üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Cənab Salehi isə, öz növbəsində, bildirmişdir ki, bu razılığın İranın bundan sonra muxtəlif ittihamlarla qarşılaşmayacağını təmin edəcəyinə inanır.