Accessibility links

BMT-nin nüvə agentliyi Liviyada gələn həftə təftişə başlayacaq - 2003-12-22


Beynəlxalq Atom Enerjisi agentliyi Liviiyanın nüvə obyektlərinin təftişinin gələn həftə başlaya biləcəyini bildirib. Qurumun başçısı Məhəmməd ƏlBaradei Liviyanın nüvə silahı proqramının miqyasını gələn həftə öyrənməyə başlayacaq ekspertlər qrupu ilə ölkəyə səfər edəcəyini deyib. Bu gün Liviyanın baş naziri Şükrü Məhəmməd Ğanin ölkəsinin BMT-nin nüvə agentliyinin dərhal təftişinə imkan verəcək protokola imaza atmağa hazır olduğunu bildirib. Bu inkişaflar Liviyanın ötən cümə günü malik olduğu kimyəvi, bioliji və nüvə silahı proqramlarını dayandıracağını elan etməsindən sonraya təsadüf edir.

XS
SM
MD
LG