Accessibility links

Cənubi Koreya İraqa qüvvə göndərir - 2003-12-23


Cənubi Koreya hökuməti aprel ayının axırları İraqa 3 min əsgərdən ibarət qüvvə göndərməyi planlaşdırır. Hərbi mənbələrin bildirdiyinə görə qüvvələr 9 ay Kərkük şəhərdə qalacaq. Lakin məsələ hələ parlament tərəfindən təsdiq edilməyib. Kütləvi etirazlara baxmayaraq, parlamentdə məsələnin tez bir zamanda qaldırılacağı gözlənilir. Prezident aparatının bildirdiyinə görə prezident Buş prezident Roh Mu Hyuna dünən zəng edərək təşəkkürünü bildirmişdi. Cənab Buşun zəngi Cənubi Koreyanın nümayəndə heyətinin Vaşinqton səfərindən qayırmasından bir neçə saat sonraya təsadüf etmişdi. Heyət Cənubi Koreya qoşunlarının İraqa yerləşdirilməsi məsələsini müzakirə edirdi.

XS
SM
MD
LG