Accessibility links

Pakistanlı alimlər sorğu-suala çəkilir - 2003-12-23


Pakistan hökumətinin bildirdiyinə görə ilkin təhqiqatlar alimlərin bəzilərinin İranı nüvə texnoligiyası ilə təmin etmələrinin şəxsi təkəbbür və tamaha əsaslandığını göstərir. Pakistanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Məsud Xan deyir ki, hökumət nüvə texnologiyasını İrana ötürən nüvə alimlərini sorğu-suala çəkir. O, İslamabadda təşkil etdiyi mətbuat konfransında bu alimlər arasında Pakistanın nüvə silahları proqramının banisi Əbdül Qadir Xanın da olduğunu bildirmişdir. Nümayəndənin bildirdiyinə görə istintaq İran və Beynəlxalq Atom Enerjisi Agentliyindən məlumat aldıqdan sonra 5 və ya 6 həftə bundan əvvəl başlayıb.Birləşmiş Ştatların mətbuatı yazır ki, ABŞ və beynəlxalq nümayəndələr tərəfindən əldə edilən dəlillər Pakistanın İran, Şimali Koreya və digər ölkələr üçün uranın zənginləşdirilməsi texnologiyasının mənbəyi olduğunu göstərmişdir. Pakistan hökuməti bu məsələ ilə əlaqədar daxildən müxalifətin ciddi tənqidlərinə məruz qalıb. Müxalifət Birləşmiş Ştatların başçılığı ilə beynəlxalq ictimaiyyətin Pakistanı nüvə programından əl çəkməyə məcbur etdiyini bildirir.

XS
SM
MD
LG