Accessibility links

Amerika ictimaiyyətində prezident Buşa dəstək artır - 2003-12-23


Prezident Buş dünəndən Milad bayramı tətilinə başlayıb. İlin sonuna az qalan bir vaxt keçirilmiş rəy sorğuları prezidentə cəmiyyətdə 60 faiz dəstək verildiyini göstərir. Rəy sorğyuları cəmiyyətdə iqtiasdiyyat və İraq məsələsinə nikbin baxışı əks etdirir. “Vaşinqton Post” və A-B-C Nyusun keçirdiyi rəy sorğuları göstərir ki, Amerikalılıarın 59 faizi prezident Buşun vəzifələrini necə icra etməsindən razıdır. Bu, avqust ayında Amerika əsgərlərinə qarşı hücumların artması nəticəsində ABŞ-ın başçılğı ilə İraq müharibəsinə istimaiyyət tərəfindən dəstəyin azaldığlı vaxtdan bəri prezidentin ən yüksək reytinqidir. İctimia rəy sorğularına əsasən, amerikalıların 60 faizi prezidentin İraqda yeritdiyi siyasəti dəstəkləyir. Keçən ay bu reytinq 12 faiz aşağı idi. İndi prezidentə inamın belə artması onun gözlənilmədən Şükran bayramında İraqdakı hərbi qüvvələri ziyarət etməsi və keçən həftə Səddam Hüseynin həbsilə izah edilir. Rəy sorğularının prezident Buşun reytinqinin artdığı göstərməsi onun yenidən prezident seçilmək üçün mübarizəyə qoşulmağa hazırlaşdığı vaxta təsadüf edir. Hələlik rəy sorğuları göstərir ki, əgər səsvermə indi keçirilsə, Corc Buş Demokrat partiyasından bütün namizdələri məğlub edə bilərdi. Corc Buşla prezidentlik uğrunda mübarizəyə qoşulmağa hazır olan doqquz Demokrat arasında öz patiyasından seçkilərdə namizəd olmaq üçün Vermont ştatının keçmiş qubernatoru Hovard Dinin şansları güclüdür. Onun öz namizədliyini irəli sürmüş Demokratların önündə getməsi əsas etibarilə İraq müharibəsinə müxalif olması ilə izah olunur. Demokratlar prezidentin iqtisadi sahədə fəaliyyətini kəskin tənqid edirlər. Rəy sorğuları amerikalıların 50 faizdən bir az çoxunun prezident Buşun iqtisadi siyasətindən razı qaldığını göstərir. Bununla yanaşı, rəy sorğuları amerikalıların prezidentin təhsil siyasətindən, federal büdcə defisiti, yaşlılar üçün reseptli dərmanlar buraxılması sahəsindəki fəaliyyətindən o qədər razı olmadığını göstərir.

XS
SM
MD
LG