Accessibility links

BMT-nin Kabildəki qərargahında partlayış olub - 2003-12-25


Əfqanıstanın paytaxtı Kabildə BMT-nin istifadə etdiyi binada partlayış baş verib, nəticədə yaxınlıqdakı binalara zərər dəyib. Lakin insan tələfatı olmayıb. Partlayışın səbəbləri hələlik bilinmir. Rəsmi şəxslər partlayışla əlaqədar istintaq aparıldığını bildirirlər. Keçən həftə Loya Çirgənin sessiyası vaxtı Kabilə azı yeddi raket atılmışdı. Hökumətin bildirdiyinə görə hücumların arxasında Taleban rejimini dəstəkləyənlər və onların müttəfiqləri durur. Kabildə təhlükəsizlik tədbirləri gücləndirilib.

XS
SM
MD
LG