Accessibility links

İranda zəlzələ nəticəsində ölənlərin sayı 15 minə yaxındır - 2003-12-26


İran rəsmiləri bildirirlər ki, bu gün tarixi Bəm şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 15 minə çatır. İran televiziyası 30 minə yaxın adamın yaralandığını bildirib. Rəsmi nümayəndələr 80 min əhalisi olan şəhərin binalarının üçdə iki hissəsinin dağıldığını, çox adamın dağıntılar altında qaldığını bildiriblər. Zəlzələ nəticəsində Bəmdəki yaşı təxminən 2 minə yaxın tarixi qala dağılıb. Şəhər sakinləri hökumətin zərər çəkmiş insanları lazımi miqdarda çadır, su və ərzaqla təmin etməməsindən şikayətlənirlər. Tehran beynəlxalq yardım istəyib. Rusiya hadisə yerinə tibbi ləvazimat və ərzaq çatdıracaq xilasetmə qruplarını İrana göndərməyi planlaşdırdığını bildirib. Avropa ölkələri İrana xilasetmə qrupları və humanitar yarım göndərməyə vəd ediblər. Ağ Evin mətbuat katibi hökumətin yardım təklif etdiyi bəyan etmiş, lakin təfərrüatları açıqlamamışdır.

XS
SM
MD
LG