Koalisiya qüvvələrinin xəbər verdiyinə görə Bağdaddan 75 km cənubunda yerləşən Kərbəla şəhərində bomba partlayışı nəticəsində iki taylandlı və 4 bolqarıstanlı əsgəi həlak olub. Birləşmiş Ştatlar hərbi qüvvələrinin nümayəndəsi bildirib ki, bu günku hücum həticəsində 5 afrikalı əsgər də daxil olmaqla koalisiya qüvvələrinin 37 əsgəri yasralanıb. İraq xəstəxana rəsmiləri isə bildirirlər ki, bu hücum nəticəsində 6 İraq polisi və bir mülki vətəndaş həlak olmuş, 80 nəfər isə yaralanmışdır. Alınan xəbərlərdə deyilir ki, Kərbəladakı partlayış nəticəsində polis idarəsi, mülki və dövlət binaları dağılmış, yerli universitet yanmışdır.