Birləşmiş Ştatların daxili Təhlükəsizlik naziri Tom Rig bildirib ki, terrorist hücumları təhlükəsinin hələ də olmasına baxmayaraq Milad bayramı müddəti heç bir hadisə baş verməyib. Cənab Rig bu gün CNN-ə verdiyi müsahibəsində deyib ki, hadisəsiz keçən hər gün onun sevincinə səbəb olub. Təhlükəsizlik naziri çərşənbə günü və cümə axşamı Eir-Frans hava yollarının Paris-Los Angeles istiqamətində uçan üç təyyarəsinin uçuşunun təhlükəsizlik baxımından təxirə salınmasını Birləşmiş Ştatlar və Fransa hökumətləri arasında yüksək səviyyəli əməkdaşlıq adlandırmışdır. Cənab Ric eləcə də əlavə etdi ki, nə qədər çox mə’lumat əldə edilərsə bu hər iki dövlətin təhlükəsizliyinin qorunmasına səbəb olar. Xatırladaq ki, təyyarələrin uçuşunun təxirə salınması terrorist hücumlarının mümkünluyu səbəbindən həyata keçirilmişdi.