Accessibility links

İranda demokratiya tərəfdarları təqib edilir - 2003-12-27


Tehranın taksi sürücüsü Əli Əkbər Nəcəfi “Təkəbbürlü hökmdarların erası bitmişdir” yazısını maşınının axrasındakı şüşəyə yapışdırdığına görə həbsə, və ya edam cəzazsına məhkum edilə bilər. Onu milli təhlükəsizliyə qarşı çıxış etməkdə ittiham edirlər. Onun vəkili deyir ki, cənab Nəcəfini iyunda Tehranda həbs edib, 53 gün gözü bağlı bir nəfərlik kamerada saxlayıblar. Onun dekabrın 28-də məhkəməsi gözlənilir. Cənab Əli Əkbər Nəcəfi Nobel sülh mükafatı laureatı Şirin İbadidən onu müdafiə etmək üçün məhkəməsinə gəlməsini xahiş edib. Demokratiyanı dəstəkləyən Milli Vəkillər Koalisiyası bildirir ki, İranda bu kimi həbslərin sayı çoxalıb. İran-Amerika İnsan Hüquqları Qrupunun prezidenti Heydər Əkbəri deyir ki, İran hökuməti hakim partiyanın hədəfindən imtina edən tələbələri, qadınları, azlıq təşkil edən xalqları və hər bir şəxsi təqib edir. Cənab Nəcəfinin həbsi iyunda İranda demokratik etiraz nümayişlərinin baş verdiyi zamana təsadüf edir. Minlərlə adam fundamentalist rejimə etirazını bildirmək üçün küçələrə çıxmışdı. Onlar hökuməti xalqa siyasi, ictimai və iqtisadi azadlıq verməyə çağırmışlar. Hökumət 4 min adamı həbs etmişdi. Onlardan biri də İran mənşəli Kanadalı foto-jurnalisti Zəhra Kazimi idi. İyunun 23-də Zəhra Kazimi Tehranın Evin həbsxanasında olan qohumları ilə görüşməyə cəhd göstərənlərin şəkillərini çəkdiyi üçün həbs edilmişdi. Demokratiyanı dəstəkləyən Milli Vəkillər Koalisiyasına istinadən bildirilir ki, Zəhra xanımı arasıkəsilmədən 77 saat sorğu-suala tutmuş və nəticədə onun başını yarıb öldürmüşlər. Bu məsələ ilə bağlı iş qaldırılıb və işə açıq məhkəmədə baxılacağı bildirilir. Lakin məhkəmə prossesinin necə aparılacağı barədə narahatlıqlar var. Zəhra xanımın ailəsini təmsil edən Şirin İbadi açıq deyib ki, onu lazımı sənədlərlə tanış olmağa qoymayıblar. Prezident Buş İran haqda belə deyib: ”İranda demokratik islahat tələbi güclü və kütləvidir. İran rejimi xalqın tələblərinə diqqət yetirməlidir. Əks təqdirdə hakimiyyətini itirə bilər.”

XS
SM
MD
LG