Accessibility links

Amerikada qeyri-qanuni mühacirlər cilovlanır - 2004-01-02


Amerikanın ədliyyə sistemində qeyri-qanuni mühacirlərə nəzarət məqsədi ilə elektronik cilovlar populyarlaşmaqdadır. Mühacirət idarəsi ilk dəfə olaraq topuq bilərziklərindən istifadə etməyə başlayıb. Bu texnologiya sərfəli və deportasiya ilə üzləşənlərin nəzarət altına alınmasında insan alternativi hesab edilir. Lakin tənqidçilər bu texnologiyadan necə istifadə ediləcəyi və bilərzikləri kimlərin taxacağı məsələsində narahatlıqlarını ifadə edirər. Federal mühacirət rəsmiləri proqramın daha yaxşı bir sistem inkişaf etdirəcəyini deyirlər. Keçən il hökumət 500 min qeyri-qanuni mühacirin ölkəni tərk etməsinə göstəriş vermişdi. Keçən il Birləşmiş Ştatları tərk etmə hökmü alanların yalnız 14 faizi ölkədən çıxmışdır. Hazırda Amerikada 20 min qeyri-qanuni mühacir nəzarət altındadır. Ölkə boyu 200 mühacirin topuq bilərziyi taxdığı bildirilir.

XS
SM
MD
LG