Accessibility links

Misir təyyarəsi Qırmızı dənizə düşüb - 2004-01-03


Misrin kurort şəhəri Şarm Əl Şeyxdən Gahirəyə fransız turistləri aparan Misir təyyarəsi bu gün səhər Qırmızı dənizə düşüb.Təyyarədə uşuş. heyətinin 13 üzvü və 135 fransız turist olub. Həmin təyyarə Qahirədən Parisə uçmalı idi. Misir rəsmiləri hadisə nəticəsində sağ qalan olmadığını bildiriblər. Misrin xarici işlər naziri hadisədə terrorçuların əli olmadığını demiş, Mülki Aviyasiya Nazirliyi isə hadisəyə texniki nasazlığın səbəb olduıunu bildirmişdir. Fransanın Ədliyyə naziri Dominik Perben məsələ ilə əlaqədar təhqiqat aparılmasına göstəriş vermişdir.

XS
SM
MD
LG