Birləşmiş Ştatların fəza gəmisi Marsda həyat olub-olmadığını müəyən etmək məqsədi ilə Gırmızı Planetə yaxınlaşmaqdadır. Alimlər fəza gəmisinin Marsa uğurlu enməsi üçün hər bir ölçünün götürüldüyünü, lakin hər bir kiçik dəyişiklik-küləyin bircə dalğası və ya daş qırıntısının Spirit adlanan bu tədqiqata böyük problemlər yarada biləcəyini deyirlər. Dünən ilk dəfə olaraq Amerikanın fəza agentliyinin tədqiqat gəmisi fəza tozundan nümunə götürə bilmişdi.