Accessibility links

Qəzaya uğramış Misir təyyarəsinin qalıqlarının axtarışı davam etdirilir - 2004-01-04


Fransanın axtarış və xilasetmə ekspertləri şənbə günü 148 adamın ölümülə nəticələnmiş təyyarə qəzasının səbəblərini araşdırmağa kömək etmək məqsədilə bu gün Misrə gəliblər. Misir rəsmilərinin bildirdiyinə görə, yerli xilasetmə işçiləri təhqiqatın gedişini sürətləndirmək üçün Fransalı həmkarlarından texniki təcrübələrini onlarla bölüşməsini istəmişlər. Rəsmilər habelə bildiriblər ki, radarla alınmış məlumatlara əsasən, təyyarə Misrin Şarm əl-Şeyx kurortu yaxınlığında Qırmızı dənizə düşməzdən əvvəl texniki problemlərlə qarşılaşıb. Bu arada, İsveçrənin aviasiya rəsmiləri bu gün bildiriblər ki, qəzaya uğramış təyyarənin mənsub olduğu çarter uçuşları həyata keçirən şirkətə 2002-ci ilin oktyabrından İsveçrənin hava hövzəsindən istifadə etmək qadağan olunmuşdur. Rəsmilər buna səbəb olaraq təhlükəsizlik texnikasında ciddi çatışmazlıqları göstərmişlər.

XS
SM
MD
LG