YAAP DE HUP ŞEFFER Nato-nun başçısı vəzifəsində britaniyalı Corc Robertsonu təşkilatın ən mühüm dövründə əvəz edir. O alyansda birliyin təmin olunmasına cəhd edəcəyini deyir. Keçən il İraqdakı müharibə məsələsinə görə Alyansda dərin parçalanma baş vermişdi. Hollandiyanın keçmiş xarici işlər naziri müxbirlərə bildirirb ki, o NATO-nun İraqda hər hansısa bir rol oynacağaına dair ehtimalları inkar etmir. Lakin o hesab edir ki, indiki mərhələdə əsas prioritet Əfqanıstanın sabitləşməsinə yardım olmalıdır.
DE HUP:
Əsas diqqət bu an Əfqanıstana verilməlidir. və Mən hesab edirəm ki, alyans bu istiqamətdə işini davam etdirməli və Əfqanıstanla məşğul olmalıdır. İraqa gəldikdə isə, biz orada baş verən siyasi inkişafa, onun təsirinə baxarıq və gözləyirik.
ABŞ-ın başçılığı altında İraqdak müharibəyə müxalif olan Fransa və Almaniya İraqdakı çox millətli hərbi birləşməyə NATO-nun başçılıq etmək təkliflərinə ehtiyatlı reaksiya göstərirlər. Bu qüvvələr hazırda Polşanın komandanlığı altındadır. Lakin NATO qərargahındakı diplomatlar bildirirlər ki, Birləşmiş Ştatlar səlahiyətlərin çoxunu iraqlılara təhvil verməyə başladıqdan sonra Paris və Berlin bu təklifə müsbət yanaşa bilərlər.