Accessibility links

Koalisiya İraqda yüzlərlə məhbusu azad edəcəyini bildirib - 2004-01-07


İraqdakı koalisiya qövvələrinin rəsmiləri yüzlərlə məhusu azad edəcəklərini bildirirlər. Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya mülki idarəsinin başçısı Pol Bremer deyir ki, koalisiya bir neçə həftə ərzində 500-dən çox məhbusu azad edəcək. İlk 100 məhbusun cümə axşamı azad ediləcəyi bildirilir. Koalisiyanın rəsmiləri deyirlər ki, aşağı səviyyəli və təhlükə kəsb etməyən məhbuslar azad edilıcək. Lakin cənab Bremer buildirib ki, Birləşmiş Ştatlar və koalisiya qüvvələrinə hücum edənlər, əli qanlılar, insanlığa qarşı çıxış edənlər və canilər həbsdən azad olmayacaqlar. Azad olanlar isə zorakılıqlarda iştirak etməyəcəkləri barədə yazılı surətdə söz verməlidirlər. Onlar həmçinin tanınmış ictimai xadim və ya ruhanidən zəmanət almalıdırlar. İnsan hüquqları təşkilatları koalisiyanı İraqda ittihamsız yüzlərlə adamı həbsdə saxladığına, ailələrinə və vəkillərinə onlarla görüşməyə icazə vermədiyinə görə tənqid edirlər.

XS
SM
MD
LG